Çərşənbə axşamı, 30 Aprel

"Ruben Vardanyanın istefası mövzusu bağlanmayıb

image

“Ruben Vardanyanın istefası mövzusu bağlanmayıb”.

Xəbər verilir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Ruben Vardanyanla Arayik Arutyunyan arasındakı münasibətlər zahirən sülh yolu ilə nizamlanma mərhələsinə qədəm qoysa da, “Arsax” mənbələri bunun görüntü olduğunu bildirir.

Ermənistan hakimiyyəti Ruben Vardanyanın “vəzifə”dən azad olunması ilə bağlı Arayik Arutyunyana təzyiqləri davam etdirir. Qarabağda nə vaxtsa ” prezident”ə töhmət veriləcəyini istisna etmirlər.

Əvvəl yazmışdıq ki, Azərbaycanın Laçın yolunun açılması tələbində digər tələblərlə yanaşı dövlət nazirinin istefası da var. “Arsax” hakimiyyəti sərhəd-keçid məntəqəsində rentgen skanerlərinin quraşdırılması və Azərbaycan sərhədçisinin olması, eləcə də “Arsax “müdafiə qüvvələri”nin tam tərksilah edilməsi tələblərini yerinə yetirməkdən imtina edib. Lakin Azərbaycan Vardanyanın uzaqlaşdırılmasına daha çox əhəmiyyət verir. Onlar əmindirlər ki, iş adamı Qarabağa Kreml tərəfindən göndərilib. Hesab edirlər ki, Rusiya hakimiyyəti Koçaryan-Sarkisyan cütlüyünə müraciət edib və onun vasitəsilə Cənubi Qafqazda mövcudluğunu təmin etməyə çalışır.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Putin “Dvin” kompleksində keçirilən görüşdə Paşinyan və Arayik Arutyunyana Ruben Vardanyanı göndərmədiyini, istədikləri zaman onu tutduğu vəzifədən azad edə biləcəklərini deyib”, – deyə qəzet yazıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42